Ukrayna Rusiyadan Donbasdakı hərbi əməliyyatlara görə 350 mlrd. dollar təzminat tələb edib.
APA-nın məlumatına görə, bunu Ukraynanın “5-ci kanal”ının efirində Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Aleksandr Borovik bəyan edib.“Hansısa mərhələdə Rusiya pul ödəməli olacaq. Biz hesablamalar aparmalıyıq, buna hazır olmalıyıq”, - deyə o vurğulayb.
A. Borovik müvafiq məbləğin Küveytin 1991-ci ildə İraqa qarşı maliyyə iddialarının əsasında dayanan rəqəmlərlə eynilik təşkil etdiyini vurğulayıb.