Macarıstan baş naziri qaçqınları "müsəlman işğalçılar" adlandırdı

Macarıstan baş naziri qaçqınları "müsəlman işğalçılar" adlandırdı backend

Macarıstan baş naziri Viktor Orban, Budapeştin gələcəkdə qaçqın qəbul etməyəcəyini bildirib.

Qaziler.az bildirir ki, o, bu barədə Almaniyanın Welt qəzetinə məlumat verib.

"İnanırıq ki, çox sayda müsəlman mütləq paralel cəmiyyətlərə yol açır", - deyə o bildirib. "Biz bu insanları qaçqın hesab etmirik, biz onları müsəlman işğalçılar olaraq görürük. Multikulturalizm yalnız bir illüziyadır".

Qeyd edək ki, Orban dəfələrlə qaçqınların Avropa dövlətlərinə təhlükə olduğunu ifadə etdi. Bundan əlavə, o qeyd edib ki, yeni bir miqrasiya böhranının qarşısını almaq üçün Avropa İttifaqının xarici sərhədlərini gücləndirmək vacibdir.