APA-nın “Vesti”yə istinadən verdiyi məlumata görə, hadisə Başqırdıstanda qeydə alınıb.
İğtişaşlar nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan altı nəfər xəstəxanaya yerləşdirilib.Qiyam 100-dək məhbusun mövcud rejimin yüngülləşdirilməsi və həbsxana dükanındakı məhsulların qiymətinin azaldılması tələbindən sonra baş verib. Etiraz əlaməti olaraq onlar digər məhbuslara xəsarətlər yetiriblər.
Hazırda faktla bağlı araşdırma aparılıb.