Suriya ordusu 8 gündə beş general itirdi - BİRİ "HEPARD"DIR

Suriya ordusu 8 gündə beş general itirdi - BİRİ "HEPARD"DIR backend

Suriyada səkkiz gündə 5 briqada generalı öldürülüb.

Qaziler.az bildirir ki, bu barədə Telegram-kanal WarJournal məlumat verib. Bu məlumat hələlik rəsmi təsdiq olunmayıb.

Kanalın məlumatına görə, bazar günü Suriya Quru Qoşunlarının briqada generalı (Suriya Ərəb Ordusu, SƏO) "Hepard" ləqəbli Heydər Hassan ölüb. O, bir neçə gün əvvəl Dəməşqin şimal-şərqində yerləşən Harast şəhərindəki hərbi baza uğrunda gedən döyüşlərdə ağır yaralanmışdı.

Yanvarın 3-də isə daha bir generalın İbrahim Yunus Dabrahın ölümü haqqında məlumat verilmişdi. O da həmçinin Harastdakı döyüşlərdə öldürülüb.