Azərbaycanlı milli-mədəni fəal Əmin Zendedel İranda keçirilən son etiraz aksiyaları zamanı saxlanılıb və hələ də ondan xəbər yoxdur.
Axar.az xəbər verir ki, fəalın işinə baxılmadığını deyən yaxınları, onun Urmiya zindanında saxlandığını ehtimal edirlər. Onlar bildiriblər ki, fəal dekabrın 31-də hökumətə qarşı keçirilən aksiyada tutulub və bu günə qədər qeyri-müəyyən vəziyyətdə saxlanılır.Qeyd edək ki, İran rejiminə qarşı keçirilən son etiraz aksiyalarında onlarla azərbaycanlı milli-mədəni fəal və tələbə saxlanılıb.