Suriya ordusuna məxsus hərbi dəstə paytaxt Dəməşqin şimal-şərqində yerləşən Harast şəhərində yaraqlıların mühasirəsinə düşüb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu rayonda "Əhrar əş-Şam" və "Fəylaq ər-Rəhman" qrupları fəaliyyət göstərir. Bu şəhərdə eyni zamanda, Suriya ordusunun zirehli texnika bazası yerləşir.Yaraqlıların son həftə ərzində fasiləsiz hücumları hökumət qoşununda ciddi itkiyə səbəb olub: 100 nəfərin, o cümlədən, bir neçə general və polkovnikin öldürüldüyü qeyd olunur. Yaraqlılar isə düşmənin 400 nəfər canlı qüvvəsini məhv etdiklərini bildiriblər.
Qaziler.az mühasirəyə düşən həbçilərin təslim olması ilə bağlı yayılan videoyazını təqdim edir: