İranda “İnstagram”ın fəaliyyətinə qoyulan məhdudiyyətlər ortadan götürülüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Mehr” agentliyi yayıb.Qeyd edək ki, bir müddət öncə ölkədəki etiraz aksiyaları ilə əlaqədar olaraq İnstaqram və Teleqram sosial şəbəkələrinə qadağa qoyulub. Rəsmi Tehran bu sosial şəbəkələrin “terrorçuların kanalları”nın bağlanmayacağı təqdirdə onların ölkə ərazisində fəaliyyətinə izn verilməyəcəyini bildirib.