Suriyada Bəşər Əsədə məxsus qüvvələr müxaliflərə qarşı hücuma keçib.
Axar.az xəbər verir ki, müxaliflər mühasirədə olduqları Şərqi Qutadan irəliləməyə cəhd edərkən rejim qüvvələri hücum edib.Hazırda hökumət qüvvələri qurudan və havadan Rusiyanın dəstəyi ilə əməliyyat keçirirlər. Hücumların şiddətləndiyi, ölənlərin sayının 27-ə yüksəldiyi bildirilib.
Rejimin hava və qurudan hücumları müxaliflərin keçən həftə mühasirəyə aldığı Haresta rayonunda da intensivləşib.