“Qara qutu"dan ŞOK İDDİA, 140 minlik orduya “HAZIR OL!” ƏMRİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

“Qara qutu"dan ŞOK İDDİA, 140 minlik orduya “HAZIR OL!” ƏMRİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ backend

Ankara Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinə PYD-nin qatılmayacağını növbəti dəfə bəyan edib.

İranın ali dini rəhbəri Əli Xamenei İnqilab Keşişçiləri Korpusuna “hazır olun!” əmri verib. Livanın “Hizbullah” təşkilatının lideri Suriya ərazisində baş verən münaqişələrin başa çatacağı tarixi açıqlayıb. “RAND Corporation” analitik şirkəti 2018-ci ildə Rusiyanın 3 ölkəni işğal edəcəyini iddia edib.

“Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak edəcək nümayəndə heyətləri 3 ölkə - Rusiya, İran və Türkiyə tərəfindən razılaşdırılacaq”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. “ABŞ Türkiyəni İran kimi marginallaşdırmaq istəyir”. Bu barədə Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin deyib.

Onun sözlərinə görə, ABŞ hazırda Türkiyəni içəridən qarışdırmaq niyyətindədir.

“ABŞ-da Rza Zərrab işi də buna hesablanıb. Amerikalılar Türkiyəyə sanksiya tətbiq etmək üçün bəhanə axtarır. Rusiya və İran təcrübəsi göstərir ki, onları dayandırmaq çətindir. Biz dayandıra bilmədik. Dolayısı ilə Türkiyə sanksiyalara hazır olmalıdır. Yeganə çarə Türkiyənin Rusiya, İran və Çinlə əməkdaşlığı artırmasıdır. Əgər Türkiyə sanksiyalara hazır olarsa, bəlkə də bunu tətbiq etməyəcəklər. Əks təqdirdə Ərdoğana hücum etmək üçün hazır olacaqlar”, - deyə o bildirib.

İranın ali dini rəhbəri Əli Xamenei İnqilab Keşişçiləri Korpusuna “hazır olun!” əmri verib. Daxili toqquşmalar şiddətlənəcəyi təqdirdə korpusun 140 min üzvü Xameneinin əmri ilə hərəkətə keçəcək.

İran ordusunda xidmət edən 545 min canlı qüvvənin, həmçinin 1 milyon 800 min ehtiyat qüvvənin də lazımi anda hərəkətə keçəcəyi ehtimal edilir.

Cənubi Azərbaycan Milli Oyanış Hərəkatı rəhbərinin müavini Elyar Makuyi xarici mediaya açıqlamasında bildirib ki, aksiyalar davam edərsə, çox qan axacaq.

İranda heç bir rəngli inqilab baş vermir. Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı hərbi ekspert Anatoli Nesmiyan paylaşıb.

“Bu sosial qiyamdır. Daha dəqiq desək, mütəmadi olaraq baş verən sosial partlayışdır. Hökumət buradakı etirazları güclə yatırmaq imkanında deyil, amma kiminlə danışıqlar aparacağını da bilmir. Proseslər vətəndaş konfliktinə doğru gedir, bu da sonra bütün ölkəni bürüyən vətəndaş müharibəsinə çevrilə bilər”, – deyə o bildirib.

Livanın “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah bildirib ki, Suriya ərazisində baş verən davamlı münaqişələr 1-2 ildən sonra sona çatacaq.

Onun sözlərinə görə, İŞİD qruplaşması məhv edilsə də, onların gizli tərəfdaşları hələ də Suriya ərazilərindədir:

“İŞİD-in Suriya, Liviya və digər yerlərdə gizli şəkildə yaşayan silahdaşları var. Onlar özlərini bəlli etməsələr də, kiçik terror təşkilatı yaratmağa cəhd edirlər. Bundan başqa Suriyada mövcud olan daha bir terror təşkilatı da “Nüsra cəbhəsi”-dir. Onlara qarşı da tədbirlər görülməlidir”.

Hizbullah Fələstində İsrailə qarşı intifadanı dəstəkləyir. Bunu Hizbullah lideri Həsən Nəsrullah “Əl Mayadin” televiziyasına müsahibəsində söyləyib.

“Hizbullah Fələstinin müqavimət hərəkatını hər zaman dəstəkləyib. Biz Fələstin qruplarına İranın maddi yardımlarının verilməsi üçün vasitəçi rolunu oynamırıq. Hizbullahın özü müstəqil şəkildə Fələstinə yardım edə bilər. Biz İsrailə qarşı yeni “sürpriz”lər hazırlayırıq. Bu ordunu məğlub edə bilərik və bunun üçün 100 min raketə ehtiyacımız yoxdur”, – deyə o bildirib.

Rusiya Müdafiə Nazirliyi Suriyada Hmeymim bazasına hücum nəticəsində 7 təyyarənin məhv edildiyi xəbərini təkzib edib. Lakin 2 Rusiya hərbçisinin öldüyü təsdiqlənib.

Nəşr “RAND Corporation” analitik şirkətin məlumatlarına istinadən bildirir ki, Rusiya 845 min əsgərdən istifadə edərək 3 Baltikyanı ölkəni işğal etməyi bacaracaq.