ABŞ ərazisində yerləşən bütün hərbi bazalarında təhlükəsizlik tədbirlərini gücləndirilir. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun mətbuat katibi Stiv Uorren bəyan edib.
Onun sözlərinə görə, adıçəkilən qərar hər hansı konkret təhlükədən irəli gəlmir: “Təhlükəsizlik tədbirlərini gücləndirilməsi dünyada baş verən olaylarla, ümumi vəziyyətlə bağlıdır”.Ehtimallara görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, o cümlədən Texas ştatında baş vermiş silahlı insidenti ilə əlaqədardır.
Xatırladaq ki, bir neçə gün əvvəl Texas ştatının Qarlend şəhərində Məhəmməd peyğəmbərin karikaturalarından ibarət təşkil olunmuş sərginin yaxınlığında atəş açılmışdı. İnsident nəticəsində atəş açan 2 nəfər polis tərəfindən güllələnmişdir. Onların ekstremist qruplaşmalarla əlaqəli olub-olmadıqlarına dair araşdırmalara başlanılmışdı.