Türkiyə S-400 kompleksi üçün xüsusi alay yaradır

Türkiyə S-400 kompleksi üçün xüsusi alay yaradır backend

Türkiyə Rusiyadan alınacaq S-400 zenit raket kompleksləri üçün xüsusi alay komandanlığı yaradacaq.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “CNN Türk” informasiya yayıb.

Məlumat görə, alay komandanlığı 2 tabor və 4 bölükdən ibarət olacaq. Ölkə ərazisindəki 2 taborda hər birində 72 olmaqla, ümumilikdə 144 raket hər an buraxılış üçün hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında S-400 zenit raket komplekslərinin alqı-satqısı barədə saziş imzalanıb.