İsraildən böyük əməliyyat: İran casusları ələ keçdi

İsraildən böyük əməliyyat: İran casusları ələ keçdi backend

İsrail Təhlükəsizlik Xidməti (ŞABAK) İordan çayının qərb sahilində fəaliyyət göstərən İran casuslarını ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Haaretz” qəzeti yayıb.

Əməliyyat nəticəsində 3 fələstinli həbs edilib. Həbs olunanlar arasında 29 yaşlı kompüter mühəndisi Məhəmməd Maxarmexa da olub.

İran kəşfiyyatının bu şəxsi Cənubi Afrika Respublikasındakı qohumu vasitəsilə 2015-ci ildə təsir dairəsinə saldığı vurğulanıb.