İranda iğtişaşlarda iştirak edən avropalı saxlanılıb

İranda iğtişaşlarda iştirak edən avropalı saxlanılıb backend

İranın güc strukturu əməkdaşları ölkənin qərbində yerləşən Lurestan əyalətinin Borucerd şəhərindəki iğtişaşlarda iştirak edən Avropa ölkələrindən birinin vətəndaşını saxlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü şəhərin məhkəmə hakimiyyətinin nümayəndəsi Həmid Rza Baalhəsəniyə istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"Avropa vətəndaşı Borucerddə son hadisələr zamanı saxlanılıb", - deyə o bildirib və əlavə edib ki, əcnəbi, istintaqın fərziyyəsinə görə, iğtişaşları qızışdıranlardan biridir.