Qarşıdurmada 65 terrorçu öldürüldü

Qarşıdurmada 65 terrorçu öldürüldü backend

Əfqanıstanda keçirilən xüsusi əməliyyat zamanı ölkənin Silahlı Qüvvələri tərəfindən İŞİD-in 65 üzvü öldürülüb.

Publika.az xəbər verir ki, əməliyyat axtarış tədbirləri Əfqanıstanın Nanqarhar vilayətində keçirilib. Vilayət qubernatorunun nümayəndəsi Ataulli Xoqiyanın sözlərinə görə, ölkənin Xask-Mina regionu ətrafında havadan və qurudan edilən hücumlar zamanı daha 18 nəfər ağır yaralanıb.

Əməliyyat zamanı regionda yaşayan dinc sakinlərdən biri xəsarət alıb.