Rusiyadan Ermənistana gedən avtobus Tbilisidə qəzaya uğradı

Rusiyadan Ermənistana gedən avtobus Tbilisidə qəzaya uğradı backend

Ötən gecə Tbilisidə Rusiyadan Ermənistana gedən avtobus minik avtomobili ilə toqquşub, nəticədə 5 nəfər həlak olub.

Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.

Məlumata görə, "Mercedes Neoplan" markalı avtobusla "Lada" markalı minik avtomobili Tbilisidəki Quru körpüdə toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və 4 sərnişini ölüb.

Digər detallar barədə məlumat verilmir.