"Nasizmin yenidən dirçəlməsinə imkan vermək olmaz". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremldə MDB ölkə başçılarının qeyri-rəsmi sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.
"Təəssüf ki, bu gün İkinci Dünya müharibəsinin nəticələrinin siyasiləşdirilməsi və saxtalaşdırılması cəhdləri ilə qarşılaşırıq. Qələbənin tarixi irsinin qorunub-saxlanılması, habelə nasizm, irqçi və dini dözümsüzlük ideyalarının yenidən dirçəlməsinə yol verilməməsi üçün əlimizdən gələni etməliyik", - deyə Putin qeyd edib.Qeyd edək ki, sammitdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri iştirak edirlər.