İsrail ordusu daha bir fələstinlini öldürdü

İsrail ordusu daha bir fələstinlini öldürdü backend

Qəzzada baş verən kütləvi etirazlar zamanı daha bir fələstinli İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Axar.az xəbər verir ki, Camal Məsləh adlı 22 yaşlı gənc çatdırıldığı xəstəxanada həyatını itirib.

Hətta xəstəxanada daha 4 yaralı fələstinlinin olduğu deyilir.

Məlumata görə, fələstinlilər ibarət 2 min etirazçı İsrail əsgərlərinə yanan təkərlər və daşlar atmağa başlayıb.

Bundan sonra hərbçilər aksiyaların təşkilatçılarını müəyyən edərək onları hədəf alıb.

Xatırladaq ki, 6 dekabr Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra başlayan etiraz aksiyalarında bu günə kimi 13 fələstinli öldürülüb, yüzlərlə fələstinli isə yaralanıb.