İsrail UNESCO-dan çıxıb

İsrail UNESCO-dan çıxıb backend

UNESCO-nun baş katibi Odre Azule İsrailin hakimiyyət orqanlarından ölkənin təşkilatın sıralarından çıxmağı ilə bağlı bildiriş alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katibin təşkilatın rəsmi saytında yerləşdirilən bəyanatında deyilir.

"UNESCO-nu Baş katibi olaraq, 31 dekabr 2018-ci ildə İsrailin təşkilatdan çıxması ilə bağlı bildiriş almışam. Çox təəssüf edirəm, çünki dövlətlət məhz UNESCO-nun tərkibində, onun xaricində yox, təşkilatın kompetensiyalarına aid sahələrdə fikir arılıqlarını həll etməkdə kömək əldə edə bilər", - deyə bəyanatda bildirilir.

Oktyabrın 12-də ABŞ UNESCO-dan çıxmasını elan edib. Həmin gün İsrailin baş naziri Benyamin Netanyahu ölkəni təşkilatdan çıxmasını hazırlaşmağı tapşırıb.

İsrail UNESCO-ya 1949-cu ildə daxil olub.