Hollandiyada bir tibb bacısının şəkər xəstəsi olmayan yaşlılara insulin iynəsi vuraraq öldürdüyü iddia olunub.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Hollandiyanın Rotterdam şəhəri ətrafındakı bəzi kənd, qəsəbə və şəhərlərdə prokurorluğun əmri ilə qəbirlər açılır. Qocalar evində qalan və qısa müddət əvvəl həyatını itirən şəxslərin qəbirləri açılaraq ekspertizaya göndərilir. Səbəbi isə ölümlərin iki həftə əvvəl ortaya çıxan "insulin cinayətləri" ilə əlaqəsinin olub olmadığını araşdırmaqdır.Araşdırma nəticəsində Cənubi Hollandiya əyalətində yaşlı qocalar evində çalışan 21 yaşlı tibb bacısının ən az 3 yaşlı adama insulin vuraraq öldürdüyü məlum olub və qadın həbs olunub.