Qəzza zolağından İsrail istiqamətində 3 raket buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyindən informasiya yayılıb.Məlumata görə, raketlərdən 2-i “Dəmir Qübbə” hava hücumundan müdafiə kompleksi tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, dekabr ərzində İsrail istiqamətində 30-dan çox raket buraxılıb.