“PKK terror təşkilatı narkotik satışından ildə 1.5 milyard dollar pul qazanır”.
Bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.Ötən ilə görə bu il Əfqanıstanda narkotik istehsalının 85-90 faiz artdığını bildirən Soylu, Türkiyənin buna qarşı mücadilə apardığını qeyd edib.
“Biz həm hədəf ölkəyik, həm də tranzit ölkəyik. Avropanın Türkiyədə bu məsələdə fəaliyyətləri yoxdurmu? Var. Biz dünyanın ən mühüm eroin qaçaqmalçılarını həbs etmişik. Narkotikaya qarşı mübarizəyə görə Avropadan öndəyik. Kimyəvi narkotiklər Avropada, Hollandiya, Belçika kimi ölkələrdə istehsal olunur. Sonra da bunu Körfəz ölkələrində satmağa cəhd edirlər. Bu günə kimi Avropa ölkələri bizimlə narkotiklərə qarşı mübarizə sahəsində səmimi şəkildə əməkdaşlıq etmədilər.
Bir narkotik satıcısı bizim üçün terrorçuyla eyni dərəcədədir. Ona hansı rəftarı ediriksə narkotik satıcısına eyni rəftarı edəcəyik. Nəsillərimizi zəhərləyirlər. Bu məsələdə acımaq yoxdur. Bunun həm mənbəyində qurtarmaq məcburiyyətindəyik, həm də satışını bitirmək məcburiyyətindəyik” deyə Soylu bildirib.
(Avropa.info)