Əsəd vətəndaşlarını öldürmüş terrorçudur - ƏRDOĞAN

Əsəd vətəndaşlarını öldürmüş terrorçudur - ƏRDOĞAN backend

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Tunisə səfəri zamanı keçirdiyi mətbuat konfransında Suriya prezidenti Bəşər Əsəd haqqında: “Dövlət terroru törətmiş terrorçudur“ ifadəsini işlədib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan Əsədlə bağlı sualı belə cavablandırıb: "Suriyada Əsədlə birlikdə irəliləmək qəti olaraq mümkün deyil. Nə üçün? 1 milyona yaxın vətəndaşını öldürmüş olan bir Suriya prezidenti ilə gələcəyə necə getmək olar? Suriya xalqı belə bir adamı başçısı olaraq görə bilərmi? Çünki Əsəd, açıq və dəqiq deyirəm ki, dövlət terroru törətmiş terrorçudur. Belə adamçün: “bu işi o görə bilər“ deyə bilmərik. Bu, öldürülmüş insanlara haqsızlıq olar".