Türkiyədə hərbi hissədə növbəti kütləvi zəhərlənmə

Türkiyədə hərbi hissədə növbəti kütləvi zəhərlənmə backend

Türkiyənin Qaziantep vilayətində hərbi hissələrdən birində kütləvi zəhərlənmə olub.

Trend-in məlumatına görə, 70 hərbçi xəstəxanaya yerləşdirilib.

Onların qidadan zəhərləndiyi bildirilir. Hərbçilərin vəziyyəti barədə hələ məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, iyun ayında Manisa vilayətində 70-dən çox hərbçi qidadan zəhərlənmişdi.