Moskvada avtobus piyada keçidinə girib: 5 nəfər ölüb, 15 nəfər yaralanıb

Moskvada avtobus piyada keçidinə girib: 5 nəfər ölüb, 15 nəfər yaralanıb backend

Moskvada avtobusun piyada keçidinə girməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb.

APA-nın məlumatına görə, ilkin versiyaya əsasən, avtobus ya başqa nəqliyyat vasitəsi ilə toqquşub ya da əyləci tutmayıb.

*** 16.15

Rusiya paytaxtında marşrut avtobusu piyada keçidinə girib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə "Slavyanski bulvar" metrosunun yaxınlığında baş verib.


İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.