Səudiyyə Yəməni bombardman etdi - 4 ölü, 20 yaralı

Səudiyyə Yəməni bombardman etdi - 4 ölü, 20 yaralı backend

Səudiyyə Ərəbistanı liderliyində qurulan koalisiyanın Yəmənə endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, Yəmənin paytaxtı Səna yaxınlarındakı Ərhab bölgəsində Husilər və qəbilə üzvləri arasında çıxan qarşıdurma əsnasında gerçəkləşdirilən hava hücumu nəticəsində 4 nəfər ölüb, xeyli insan yaralanıb.

Yəməndə davam edən müharibənin 1000-ci günündə ölkədəki qəbilə üzvləri ilə Husilər arasında qarşıdurma baş verib. Məhz bu zaman Səudiyyə Ərbistanına aid təyyarə havadan atəş açıb. Nəticədə 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb.