Türkiyədən gözlənilməz addım: BƏƏ səfirliyinin küçəsinin adı niyə dəyişdirildi?

Türkiyədən gözlənilməz addım: BƏƏ səfirliyinin küçəsinin adı niyə dəyişdirildi? backend

Ankara Böyükşəhər Bələdiyyəsinin qərarı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirliyinin olduğu küçənin adı "Fahreddin Paşa Sokağı" olaraq dəyişdiriləcək.

Türkiyə mətbuatı yazır ki, qərar BƏƏ xarici işlər nazirinin “Twitter” səhifəsində dərc edilən yazıya cavab olaraq qəbul edilib.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed öz “Twitter” səhifəsində türkləri 1916-cı ildə cinayət törətməkdə ittiham edən və prezident Ərdoğanı hədəfə alan bir İraqlı “Twitter” istifadəçisinin yazısını paylaşmışdı.

Ərəbcə dərc edilən tweet-də Fəhrəddin Paşa adlı bir türk hərbiçisinin cinayət işlətdiyi və ərəblərdən pul və qiymətli əlyazmalar oğurladığı iddia edilirdi.

Virtual.org