Qırğız prezidenti Qazaxıstana rəsmi səfərə gedir

Qırğız prezidenti Qazaxıstana rəsmi səfərə gedir backend

Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov dekabrın 25-26-da Qazaxıstana ikigünlük rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bunu Qırğız Respublikası Prezident Adminstrasiyasının xarici siyasət bölməsinin müdiri Ayzadə Subakojoyeva bildirib.

Sooronbay Jeenbekovu Qazaxıstan prezidenti Nursultan Nazarbayev dəvət edib.

Səfər çərçivəsində iki ölkə arasında sərhəd rejimi üzrə razılşama, sərhədlərin demarkasiyası haqında müqavilə imzalanacaq.