ABŞ bazar etrəsi keçirilən BMT baş məclisində Qüdsün əleyhinə səs verən Ukraynaya anti-tank raket yardımı göndərməyə qərar verib.
Bu haqda ABŞ-ın Xarici İşlər naziri sözcüsü Hizer Nayert rəsmi açıqlama verib. O, Ukraynanın böyük dövlət olaraq özünü müdafiə haqqına sahib olduğunu və ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü qorumağa yardım edəcəyini bildirib. ABŞ tərəfi həmçinin açıqlamasında Ukraynaya veriləcək silahların tamamilə müdafiə məqsədli olduğunu da vurğulayıb.Amerikanın ABC kanalının yaydığı xəbərə görə, Trampın Ukraynaya satacağı 210 ədəd anti-tank raketi və 35 raket daşıyıcı qurğu 47 min dollar dəyərindədir. Satışın həyata keçiriləcəyi təqdirdə Rusiya ilə ABŞ arasındakı gərginliyin artacağı da gözlənilir.
Qeyd edək ki, BMT-nin baş məclisində Qüds əleyhinə səs verən Ukrayna sonuncu səsvermədə iştirak etməyib.
a24.az