Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə əlaqədar təşkil etdiyi Prezidentlik süfrəsində ciddi mesajlar verib.
Axar.az xəbər verir ki, görüşdən sonra jurnalistlərə açıqlama verən publisist Mustafa Armağan prezidentin Rusiya səfirini geri çağıra biləcəyini bildirib.Armağan Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda keçirilmiş qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməsinə görə Türkiyə ilə Rusiya arasında diplomatik əlaqələrin yenidən gözdən keçiriləcəyini vurğulayıb: “Cənab prezidentimiz Putinlə telefon əlaqəsi saxlayıb və bu vəziyyətə görə üzüldüyünü dilə gətirib. Daha sonra da Türkiyənin lazım olsa, diplomatik əlaqələri yenidən gözdən keçirəcəyini, yəni gərəkərsə, səfirliyi bağlayıb baş konsulluq səviyyəsinə endirə biləcəyini qeyd etdi”.