ABŞ-dan Türkiyə əleyhinə qərar: 2018-ci ilə kimi...

ABŞ-dan Türkiyə əleyhinə qərar: 2018-ci ilə kimi... backend

Suriyada PYD ilə əməkdaşlığı 2018-ci ildə də davam etdirəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bred Makqark deyib.

“Digər seçimimiz da var idi. O halda onminlərlə amerikalı hərbçi Suriyada olmalı idi. Lakin biz bu varianta qayıtmaq istəmirik. Biz bu məsələdə Türkiyəyə qarşı şəffaflıq nümayiş etdirdik. 2017-ci ildə bir çox uğurlar qazandıq. Lakin qarşıda görüləcək işlər hələ çoxdur”, - Makqark bildirib.