Dünən BMT-də keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarının rədd edilməsindən sonra Fələstinin müxtəlif şəhərlərində Türkiyəyə dəstək aksiyaları təşkil edilib.
Axar.az xəbər verir ki, Əqsa məscidinin ətrafında minlərlə şəxs Ərdoğanın portretini nümayiş etdirib və İsrailə lənət oxuyub.İsrail polisi isə Ərdoğanın portretini əlində saxlayan yaşlı qadınlardan birinə zor tətbiq edərək onu ərazidən uzaqlaşdırıb.

