Lavrov britaniyalı həmkarı ilə mübahisə edib

Lavrov britaniyalı həmkarı ilə mübahisə edib backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moksvada səfərdə olan britaniyalı həmkarı Boris Consonla mübahisə edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, mübahisə nazirlərin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.

Lavrov çıxışı zamanı görüşdə Consonun Rusiyanın Britaniyada keçirilən referenduma (Brexit) Moskvanın müdaxiləsi ilə sübutlarının olmadıqlarını dediyini bildirib.

Conson isə həmkarına etiraz edərək belə fikir işlətmədiyini deyib: "Mən qeyd etmişdim ki, Rusiyanın "Brexit"ə uğurlu müdaxiləsinə dair sübut yoxdur. Rusiya müdaxilə edib, lakin uğursuz olub. Rusiyanın Almaniya, İtaliya, Fransa və ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsina dair xeyli faktlar var".

Lavrov isə öz növbəsində "müdaxilə etmişiksə, dəlil-sübut olmalıdır", - deyə həmkarına iradını bildirib.

Britaniyalı nazir isə Lavrovu referenduma müdaxilə cəhdlərini etiraf etməyə çağırıb.

Lavrov Consonun replikasına belə cavab verib: "Faktları görmək istəyərdik. Faktsız danışmaq çox çətindir". Conson isə bundan sonra "yaxşı" deyərək mübahisəyə son qoyub.