Serbiya Rusiyadan hərbi vertolyotların alınmasıyla bağlı Moskva ilə danışıqlar aparır.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb.“Belqrad həmçinin Serbiyada Rusiyanın xüsusi təmir bazasının yaradılmasına çalışır. Bu, Rusiya hərbçilərinin regionda mövcudluğuna səbəb olacaq. Rusiyanın Serbiyaya silah tədarükü Balkanlarda gərginliyi artıracaq. Bu isə Moskvanın regionda təsirini gücləndirəcək”, – deyə agentlik yazıb.
Qeyd edək ki, bundan öncə Serbiya Prezidenti Aleksandr Vuçiç də Rusiyadan 6 Mi-17 vertolyotu almaq istədiklərini söyləmişdi.