ABŞ Müdafiə Nazirliyi Rusiya təcavüzündən qorunmaq üçün Avropa ölkələrindəki ABŞ hərbi-hava bazalarını genişləndirəcək.
Axar.az xəbər verir ki, Pentaqon bunun üçün 200 milyon dollardan çox xərc çəkməyi planlaşdırılır.Pentaqon Estoniya, Latviya, Macarıstan, Norveç, Rumıniya və Slovakiyadakı bazalarını genişləndirəcək. Həmin bazalar F-22 və F-35 tipli hərbi təyyarələrlə təmin ediləcək.