Qaynanasının ölümünə dözə bilməyən gəlin beyin qanaması keçirdi

Qaynanasının ölümünə dözə bilməyən gəlin beyin qanaması keçirdi backend

Hadisə Türkiyədə baş verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Muğlanın Milas rayonunda 35 illik gəlin qaynanasının öldüyü gün itkiyə dayana bilməyərək beyin qanaması keçirib.

Səhhətində yaranan problemlərlə bağlı 6 ay yataq xəstəsi olan 85 yaşlı Həlimə Özerin 35 illik gəlini Şəngül Özer evləndiyi gündən qaynanasının yanında olmuş, xəstə olanda da onu tək buraxmayıb.

Dekabrın 15-də qaynanası vəfat edərkən son dəfə onun tabutuna sarılan 56 yaşlı gəlin yaşadığı üzüntü səbəbindən halı pisləşərək beyin qanaması keçirib. Həkimlərin səyinə baxmayaraq qadını həyata qaytarmaq mümkün olmayıb. İki gün sonra vəfat edən Şəngil Özer qaynanasının dəfn edildiyi qəbirstanlıqda torpağa tap.ırılıb.