Mən keçmiş SSRİ ölkələrinin Rusiyanın tərkibinə könüllü şəkildə qayıdacağı günü gözləyirəm.
Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının 31-ci qurultayında çıxışı zamanı partiya sədri Vladimir Jirinovski söyləyib.“Rusiya vahid və parçalanmazdır. Rusiya Federasiyasında keçmiş SSRİ ərazilərinin könüllü şəkildə geri qayıdacağını, Moskva ilə qarşılıqlı fəaliyyəti seçəcəyi anı gözləyəcəyəm. Bu regionlara maksimal şəkildə özünüidarəetmə imkanı təklif edə bilərik. Ancaq xarici siyasət, maliyyə, müdafiə məsələlərini Moskva həll edəcək”, – deyə o bildirib.