BƏƏ xarici işlər nazirindən türklərə qarşı həyasız tweet - Ərdoğanın babaları...

BƏƏ xarici işlər nazirindən türklərə qarşı həyasız tweet - Ərdoğanın babaları... backend

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan Mədinəni ingilislərə qarşı qoruyan Fəxrəddin Paşanı oğurluqla ittiham etdi və Ərdoğanı hədəf alan sözləri retweet etdi.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed sosial media hesabından təkəbbürlü tweet yazdı.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın dərhal reaksiya verdiyi tweetdə: "1916-cı ildə türk Fəhri Paşanın Mədineyi Münəvvərə xalqının haqqına girdiyini, onların mallarını oğurladığını, onları qaçırdığını, Şamdan İstanbula "səfərbərlik" elan edərək Mədinədəki əl yazması əsərlərini oğurladığını bilirdinizmi? Ərdoğanın babalarının müsəlman ərəblərə qarşı münasibəti bu idi" ifadələri daxil edilib.



Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın tweet-ə bu sözlərlə reaksiya verdi: "Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Zayədin türklərlə ərəbləri qarşı-qarşıya qoymaq istəyən yalanlarla dolu təbliğatı yayması bir utancdır. Fəxrəddin Paşa Mədinəni ingilis planlarına qarşı cəsurcasına müdafiə edib. Nəyin bahasına olursa-olsun prezident Ərdoğana hücum etmək yeni dəbdirmi?"