Ermənistan parlamentinin tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsini nəzərdə tutan qanunun qəbuluna etirazlar kəsilmək bilmir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Elmin inkişafı adına” təşkilatın üzvləri David Petrosyan və Yura Araqyan qanunun ləğvi tələbilə aclıq aksiyası keçirir.D.Petrosyan deyib ki, onların səhhəti normaldır və aksiyanı davam etdirmək niyyətindədirlər. Məlumata görə, təşkilat üzvləri bundan əvvəlki etiraz tədbirlərini müvafiq qurumların onlarla görüşündən sonra dayandırıblar. Rəsmilər tələbələrin tələblərinə baxılacağı barədə vəd versələr də, heç bir nəticə olmayıb və 15 noyabrda parlament sözügedən qanunu təsdiqləyib.
Bununla da Hərbi xidmət və hərbçilərin statusu haqqında qanuna əsasən tələbələrə təhsil müddətində xidmətdən möhlətin verilməsi ləğv edilib.