ABŞ-da 2014-cü ilin yanvarından bu günə kimi polis tərəfindən 1500-dən artıq vətəndaş öldürülüb.
Axar.az xəbər verir ki, Killed by Police təşkilatının rəqəmlərinə görə, son 16 ayda polis tərəfindən törədilən cinayətlərin sayı durmadan artıb.ABŞ-da son dövrdə xüsusilə zənci amerikalıların polis tərəfindən öldürülməsi və cinayəti törədən polislərin istintaqa cəlb olunmaması ölkədə etirazlara səbəb olur.