Donbasa serbiyalı snayperlərdən ibarət muzdlu dəstə gəlib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyi yayıb.“Antiterror Əməliyyatları Qərargahının əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən, Donbasa serb snayperlərindən ibarət muzdlular daxil olub. Onlara “Deki” ləqəbli Deyan Beriç rəhbərlik edir. Bu şəxs dəfələrlə Donbasda olub və separatçıların tərəfində vuruşub”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Ukrayna kəşfiyyatı son 3 il ərzində Serbiyanın 300 vətəndaşının Donbasda döyüşlərə qatıldığını açıqlayıb.