Rusiyanın “Progress” M-27M kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya çata bilmədiyinə görə Yerin atmosferinə daxil olub və mayın 8-də Sakit Okean üzərində yanıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın "Roskosmos" agentliyi xəbər yayıb.Bildirilib ki, qurğu aprelin 28-də buraxılandan sonra nəzarətdən çıxıb. Gəmidə 2,5 ton yük - 500 kq yanacaq, 50 kq hava və 420 kq su olub. Gəminin peykə buraxılmasına 2.6 milyard rubl xərclənib. Qəza Beynəlxalq Kosmik Stansiyadakı 6 nəfərlik ekipaj üzvünə ciddi problem yaratmayıb. Belə ki, stansiyada 4-6 aylıq ehtiyat var. ABŞ-ın "Drakon" kosmik gəmisi iyunda stansiyaya uçacaq.
Rusiya tərəfi bildirib ki, kosmik gəmidə baş verən bu hadisədən sonra gələcək uçuşların hərəkət cədvəlinə yenidən baxılacaq.