Türkiyə Super Liqasında keçirilən “Yeni Malatyaspor” – “Qalatasaray” matçında ev sahibi komandanın azarkeşləri Qüdslə bağlı möhtəşəm pankart hazırlayıblar.
Muxalifet.az xəbər verir ki, 3D formatında hazırlanmış pankartda "Qüds bizimdir" yazılıb.Pankartda həmçinin Qüdsün mübarizə simvolu olan 14 yaşlı fələstinli Fevzi əl-Cunidiyə də yer verilib.