SEPAH-ın eks-komandanı: İsraili mühasirəyə almışıq

SEPAH-ın eks-komandanı: İsraili mühasirəyə almışıq backend

Amerikalılar İraqı itirdiklərinə görə narahatdırlar.

Axar.az xəbər verir ki, bunu İran Məsləhətini Müəyyənetmə Şurasının rəhbəri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri Möhsün Rzayi söyləyib. Onun sözlərinə görə, İran İŞİD-i məğlub etdikdən sonra bölgədə yeni mübarizə qurşağı yaratmağı bacarıb:

“Amerikalılar narahatdırlar. Donald Tramp bölgədə yeni strategiya müəyyənləşdirməyə çalışır. Yəmən hadisələri İranın təsir gücünü artırdı. Tehran bununla həm də Səudiyyə Ərəbistanı və İsraili öz dostları ilə birgə mühasirəyə ala bilib”.