Rusiya Müdafiə Nazirliyi İkinci Dünya Müharibəsi zamanı Belarusun azad olunması ilə bağlı arxiv sənədlərini ilk dəfə təqdim edib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.Belarusun azad olunmasında Qızıl Ordu döyüşçülərinin göstərdiyi misilsiz qəhrəmanlığı ilə bağlı Rusiya Müdafiə Nazirliyinin saytında böyük auditoriya üçün “Belarusun azad olunması” adlı yeni sənədli elektron sərgi açılıb”, - məlumatda bildirilib.
Qızıl Ordunun Belarusun azad olunması üçün həyata keçirdiyi “Baqration” hücum əməliyyatı ilə bağlı Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin fondunda saxlanılan sənədlər nümayiş olunacaq.
Sərgidə Belorusun azad olunmasına şahidlik edən 30-dan çox unikal tarixi sənədlər – döyüş tapşırıqları, əmr və direktivlər yer alıb.