İranın şərqində yenidən zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi yayıb. Mərkəz zəlzələnin gücünün Rixter şkalası ilə 4,4 bal olduğunu açıqlayıb.Zəlzələnin episentri Kirman şəhərindən 55 kilometr şimal-şərqdə yerləşib. Hələlik xəsarət alanlar və zərərçəkənlər haqqında heç bir məlumat verilməyib.
Qeyd edək ki, noyabrda İran-İraq sərhədində baş verən və 620 nəfərin ölümü ilə nəticələnən 7,2 bal gücündə zəlzələdən sonra İranda yeraltı təkanlar hər gün təkrarlanır.