ABŞ keçən ilin payızında baş verən hücuma görə öz müdafiə səviyyəsini artıracaq. Mayın 7-də qərar qəbul edilib ki, Vaşinqtonda ABŞ –ın Gizli Xidməti Ağ Ev ətrafında hasar inşa etməsinə başlayacaq. Bu barədə QAZİLER.AZ Associated Press-ə istinadla xəbər verir.
Əlavə hasarı inşa etmək üçün əsas səbəb olaraq 2014-cü ilin sentyabrında baş verən hadisə göstərilir. Məlum olduğu kimi, silahlı qüvvələrin veteranı 42-yaşlı Omar Gonzales Ağ Evin hasarını keçərək binaya daxil olmuşdu. Bıçaqla silahlanmış cinayətkar Gizli Xidmət tərəfindən tutulub. Bu hadisədən sonra prezident iqamətgahı dəmir baryerlərlə binanı hasarlayıb.İndiki zamanda binanın müdafiəsinin metal millə artırılacağı bildirilir. Agentliyin məlumatına görə, mil uzaqdan mövcud olan baryerlərin xaricindən düzəldiləcək.
Aydan Əlizamanlı