Çinli aktyor Ceki Çan narkotiklərlə mübarizə üzrə xoşməramlı səfir təyin olunub.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, oğlunun narkotik maddələrə qurşanması ilə gündəmə gələn aktyor səfir olmağı özü könüllü istəyib:“Narkotiklə mübarizə aparmaq hər birimizin borcudur. Heç vaxt ağlıma gəlməzdi ki, mənim ailə üzvlərimin başına belə bir hadisə gələ bilər. Amma təəssüf ki, hər şey göz qabağındadır və bu bizdən o qədər də asılı deyil”.
Qeyd edək ki, dünya ulduzu gənclərə narkotik maddələrdən uzaq durmağı tövsiyə edib və ömrünün sonuna qədər buna qarşı mübarizə aparacağını bildirib.