İraqda keçirilən gözəllik yarışmasının qalibi Sara İdan ailəsi ilə birlikdə ölkədən qaçmağa məcbur olub.
Qaziler.az bildirir ki, Saranın öz ölkəsindən qaçmağına səbəb İsrail gözəli Adar Handelsman ilə çəkdirdiyi şəklə görə kütləvi şəkildə hədələnməsidir. Bu barədə "The Washington Times" qəzeti yazıb.Gözəllik yarışmasının qaliblərinin birgə şəkli noyabr ayında Instagram-da görünüb. Onlar "Dünya gözəli" yarışması zamanı şəkil çəkdirib sosial şəbəkədə paylaşıblar. Qızlar bunu qəsdən etməkdə günahlandırılaraq ölümlə hədələniblər. İraqlı gözəli isə şəkli sosial şəbəkədən silmədiyi təqdirdə tituldan məhrumetməklə hədələyiblər.
Bundan sonra Sara İdan ailəsi ilə birlikdə ABŞ-a getməyi qərara alıb. "Biz şəkli ona görə paylaşdıq ki, hamı İraq və İzrail əhalisinin dost olaraq yaşaya biləcəyini görsün. Biz birləşə bilərik. Axı hər birimiz insanıq"- deyə Handelsman şərh verib.
Xatırladaq ki, İraq İzraili dövlət kimi tanımır.