İstanbulda Qüds Zirvəsinə hücum planı: 10 PKK-çı...

İstanbulda Qüds Zirvəsinə hücum planı: 10 PKK-çı... backend

İstanbulda Baxçalıevlər rayonundakı əməliyyatda terroçu kamikadze həbs edilib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Yeni Şəfəq” qəzeti yayıb. Həbs edilən şəxsin İslam Əməkdaşlıq Təşkilatının Qüds Zirvəsində partlayış törətməyi planlaşdırdığı bildirilib. Əməliyyat nəticəsində terrorçu kamikadze ilə bərabər, daha 9 nəfər saxlanılıb. Hamısının PKK üzvü olduğu bildirilən şəxslərdən 60 kiloqram partlayıcı götürülüb.

Qeyd edək ki, İƏT sammiti dekabrın 13-də keçirilib. Sammitdə 16 dövlət başçısı, o cümlədən Prezident İlham Əliyev iştirak edib.