QAZİLER.AZ saytı RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiyada Qələbə Günü münasibətilə Böyük Vətən Müharibəsi iştirakçılarından 55 min veteranın mənzili əsaslı təmir edilib. Bu barədə Rusiya Federasiyasının Nazirlər Kabineti bəyan edib. Ötən il hökumət nümayəndələri bir-bir veteranların evlərini gəzərək, onların mənzil şəraiti ilə tanış olublar. Məlum olub ki, 105 min veteranın mənzilinin əsaslı təmirə ehtiyacı var.
“Primorsk, Tula və Yaroslavsk vilayətlərində, həmçinin Baykonur şəhərində yaşayan veteranların mənzillərinin təmiri artıq başa çatıb”.Yəhudi Muxtar Vilayətinin administrasiyasından isə bildirilib ki, yəhudilərin yaşadığı vilayətdəki mənzillər əsaslı təmir tələb etmir.
Böyük Vətən Müharibəsi veteranlarının mənzillərinin təmir-bərpa işlərinə Rusiya büdcəsindən 10 milyard rubl ayrılıb. Təmir-bərpa işləri yaya qədər davam edəcək.
QAZİLER.AZ